Modern.az

Rusiyada 86 yaşlı keşişə cinayət işi açıldı - \"Ordunu nüfuzdan salır\"

Rusiyada 86 yaşlı keşişə cinayət işi açıldı - \

28 Dekabr 2023, 17:54

Rusiyada Krasnodar diyarından olan 86 yaşlı keşişə qarşı ordunu “diskreditasiya” ittihamı ilə cinayət işi açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Kavkaz.Reali"yə din xadimi özü məlumat verib.

 

Buna səbəb arxiyepiskop Viktorun (Pivovarov) Rusiyanın Ukraynaya genişmiqyaslı işğalını pisləyən məqaləsi olub. Onun sözlərinə görə, məhkəmənin “bir neçə həftəyə” keçiriləcəyi vəd edilib.

 

Arxiyepiskop Viktor kiçik Rus Pravoslav Kilsəsinin alternativ Moskva Patriarxlığının rəhbəridir. Rəsmi Rus Pravoslav Kilsəsi tərəfindən tanınmır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi