Kiyev və Ukraynanın daha dörd bölgəsində hava hücumu xəbərdarlığı elan edilib.
Modern.az TASS agentliyinə istinadla bildirir ki, Kiyev, Kirovoqrad, Çerkassı və Çerniqov vilayətlərində sirenalar səslənməyə başlayıb.
Bundan əvvəl Volın, Lvov, Poltava, Rivne, Sumı, Ternopil, Xarkov, Xmelnitski və Çernivtsi vilayətlərində xəbərdarlıq elan edilmişdi.
Ukrayna mətbuatı Lvovda partlayışlar və Lvov vilayətində hava hücumundan müdafiə sistemlərinin işə düşməsi barədə məlumat yayıb.