Modern.az

İranda 4 nəfər "MOSSAD-la əməkdaşlığa" görə EDAM OLUNDU

İranda 4 nəfər

Dünya

29 Dekabr 2023, 10:56

İran İsrailin Mossad kəşfiyyat xidməti ilə əlaqəsi olmaqda ittiham etdiyi 4 nəfəri edam edib.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə İranın "Mizan" agentliyi yazıb.

 

Qeyd olunub ki, İsrail strukturları ilə əməkdaşlıq işi ilə bağlı ümumilikdə 10 nəfər həbs edilib.

 

Agentliyin dərc etdiyi Qərbi Azərbaycan ostan məhkəməsinin qərarında iddia edilir ki, Vəfa Henare, Aram Öməri, Rəhman Pərhazo və Nəsim Namazi pul müqabilində İran hüquq-mühafizə orqanları əməkdaşlarının evlərini və maşınlarını yandırıblar. 

 

İddia olunur ki, bu yolla onlar “ölkənin təhlükəsizliyini pozmaq niyyətində olublar”.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi