Modern.az

Rusiyada təyyarə donmuş çaya eniş edib - Pilot səhvi...

Rusiyada təyyarə donmuş çaya eniş edib - Pilot səhvi...

Dünya

29 Dekabr 2023, 11:12

Rusiyada 30 sərnişini daşıyan sovet dövründən qalma An-24 təyyarəsi pilotun səhvi səbəbindən Uzaq Şərqdəki hava limanı yaxınlığında donmuş çaya enib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

 

“Polar Airlines” şirkətinə məxsus An-24 təyyarəsi Yakutiyadakı Zıryanka yaşayış məntəqəsi yaxınlığındakı Kolıma çayına eniş edib.

 

"İlkin məlumatlara görə, aviasiya hadisəsinə səbəb ekipajın təyyarəni idarə edərkən səhvi olub", - Şərqi Sibir nəqliyyat prokurorluğunun sözçüsü bildirib.

 

“An-24” təyyarəsi Zıryanka hava limanının uçuş-enmə zolağından kənarda yerə enib. Ölən və yaralananlar yoxdur”, – "Polar Airlines"ın qısa açıqlamasında deyilir.

 

1311769

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi