Modern.az

Ukraynaya kütləvi dron hücumu - Xəsarət alanlar var

Ukraynaya kütləvi dron hücumu - Xəsarət alanlar var

Dünya

29 Dekabr 2023, 11:04

Rusiyanın Ukraynaya raket hücumu nəticəsində paytaxt Kiyevdə yanğınlar baş verib, dağıntılar və xəsarət alanlar var.

 

Modern.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Serxi Popko "Telegram"da məlumat verib.

 

Onun sözlərinə görə, Kiyev şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, Podilski və Svyatoşinski rayonlarında dağıntılar olub. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Onların dəqiq sayı məlum deyil.

 

Əraziyə təcili tibbi yardım əməkdaşları cəlb olunub.

 

Kiyev meri Vitali Kliçko da məlumatı təsdiqləyib, Podilski rayonundakı anbarda yanğın baş verdiyini açıqlayıb. Onun sözlərinə görə, hücum nəticəsində Kiyevdə 7 nəfər yaralanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi