Modern.az

İsrail əsgərləri Qəzzada yardım karvanına atəş açıblar

İsrail əsgərləri Qəzzada yardım karvanına atəş açıblar

Dünya

29 Dekabr 2023, 11:48

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Qəzza direktoru Tomas Uayt, İsrail əsgərlərinin blokada altındakı Qəzza zolağının şimalından qayıdan humanitar yardım karvanına atəş açdığını açıqlayıb. 

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, sözügedən  karvana İsrail ordusunun təyin etdiyi marşrutda olarkən hücuma məruz qaldığına diqqət çəkən Uayt, hücumda heç kəsin xəsarət almadığını bildirib.

 

Hücum zamanı konvoydakı bir avtomobilin zədələndiyini bildirən Uayt, “Yardım işçiləri heç vaxt hədəf olmamalıdır”,- deyə məlumat paylaşıb. 

 

İsrail ordusu hücumla bağlı hələlik açıqlama verməyib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi