Modern.az

Gürcüstandan Rusiya, Ermənistan və Türkiyə sərhədləri barədə QƏRAR

Gürcüstandan Rusiya, Ermənistan və Türkiyə sərhədləri barədə QƏRAR

Dünya

29 Dekabr 2023, 12:18

Qış təkərləri olmadan Gürcüstan-Rusiya sərhədinə getmək daha mümkün olmayacaq.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə hökumətin qərarı dərc olunub.

 

Qərara əsasən, 2 yanvar 2024-cü il tarixindən etibarən Mtsxeta-Stepantsminda-Lars yolunun Mleta-Kobi hissəsində yay təkərləri ilə hərəkət qadağan ediləcək.

 

Ümumilikdə 1074 km beynəlxalq və 1938 km daxili yollarda qış təkərləri olmadan avtomobil sürmək mümkün olmayacaq. Belə ki, Lars yolu ilə yanaşı, başqa yerlərdə də məhdudiyyətlər tətbiq olunacaq:

 

Şərqi və Qərbi Gürcüstanı birləşdirən Tbilisi-Senaki-Leselidze magistralında Osiauri qovşağından Surami qovşağına qədər, həmçinin Rikot aşırımından Tsevədək olan hissələrdə;

 

Gürcüstan-Ermənistan sərhədinə gedən Poniçala-Marneuli-Qequti avtomobil yolunun Dmanisi-Qequti hissəsində;

 

Gürcüstan-Ermənistan sərhədinə gedən Axalsixe-Ninotsminda avtomobil yolunda;

 

Gürcüstan-Türkiyə sərhədinə gedən Xaşuri-Axaltsixe-Vale avtomobil yolunun Kvişxeti-Vale hissəsində;

 

Gürcüstan-Türkiyə sərhədinə gedən Axalkalaki-Qars avtomobil yolunda.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi