Modern.az

Sabir gürcü nazirin qohumu Ermənistanda saxlanıldı

Sabir gürcü nazirin qohumu Ermənistanda saxlanıldı

Dünya

29 Dekabr 2023, 12:34

Gürcüstanın keçmiş müdafiə naziri David Kezeraşvilinin əmisi oğlu Mixeil Benimini Ermənistanda qlobal investisiya fırıldaqları şəbəkəsi işi üzrə saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

 

Həm İsrail, həm də Gürcüstan vətəndaşı olan Benimininin Almaniya prokurorlarının tələbi ilə saxlanıldığı iddia edilir. İstintaq onun şəbəkənin Albaniyadakı filialına rəhbərlik etdiyindən şübhələnir.

 

"Rustavi 2" öz mənbələrinin adını çəkmir. Gürcüstanın və ya Almaniyanın rəsmi qurumlarından Benimininin saxlanması ilə bağlı hələ də heç bir şərh verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi