Almaniyanın şimal-qərbində güclü daşqınlar meydana gəlib.
Modern.az xəbər verir ki, bu barədə DPA məlumat yayıb.
Qeyd edilib ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması uğrunda mübarizəyə ümumilikdə 100 minə yaxın insan cəlb olunub.
Almaniyanın federal əyalətlərindən biri olan Aşağı Saksoniyanın 6 rayonunda vəziyyət çox ciddi olaraq qalır.