Modern.az

Rusiya raketi Polşa səmasına daxil olubmuş...

Rusiya raketi Polşa səmasına daxil olubmuş...

Dünya

29 Dekabr 2023, 19:24

Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vieslav Kukula Rusiyaya məxsus raketin ölkənin hava məkanını pozduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, Polşanın baş naziri Donald Tusk və ölkənin müdafiə naziri Vladislav Kosiniyak-Kamışın iştirakı ilə keçirilən görüşdə bildirib .

 

Onun sözlərinə görə, raket Ukraynadan gəlib və üç dəqiqə ölkənin hava məkanında olub.

 

“Hər şey onu göstərir ki, dekabrın 29-da səhər saat 7 radələrində Rusiya raketi Polşanın hava məkanını zəbt edib, biz onu radarda müşayiət etdik və hava məkanını tərk etdik. Biz bunu yoxlamaq üçün axtarışlar aparırıq”, – o qeyd edib.

 

Baş Qərargah rəisi vurğulayıb ki, Polşa hərbçiləri raketi vurmaq üçün qırıcı təyyarələri havaya qaldırıb, lakin o vaxta qədər raket artıq ölkənin hava məkanını tərk edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi