Modern.az

\"Verilən maaşları büdcəyə geri qaytarın\"

\

30 Dekabr 2023, 00:11

Polşanın Baş naziri Donald Tusk “Telewizja Polska” dövlət telekanalının rəhbərlərindən 2023-cü ildə aldıqları yüksək maaşları büdcəyə qaytarmağı tələb edib.

 

Modern.az xəbər verir ki, Donald Tusk bu barədə özünün media hesabında yazıb.

 

Polşa televiziyasının bəzi rəhbər işçiləri 2023-cü ildə 1,5 milyon zlotı (təxminən 382 min dollar) maaş alıblar.

 

Dekabrın 27-də Polşanın mədəniyyət və milli irs naziri Bartolomey Senkeviç “Telewizja Polska” dövlət televiziya kanalı, “Radio Polskie” radiostansiyası və “Polska Agencja Prasowa” informasiya agentliyinin ləğv olunduğunu elan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi