Modern.az

Türkiyənin ilk kosmonavtının kosmosa uçuş tarixi təxirə salındı - SƏBƏB

Türkiyənin ilk kosmonavtının kosmosa uçuş tarixi təxirə salındı - SƏBƏB

30 Dekabr 2023, 11:03

Türkiyənin ilk kosmonavtı Alper Gezeravcının kosmosa uçuşu yanvarın 17-nə təxirə salınıb.

Modern.az xəbər verir ki, bu barədə “Habertürk”ün efirində Türkiyə sənaye və texnologiya naziri Fatih Kacir bildirib.

“Uçuş 17 yanvar 2024-cü ildə baş tutacaq. Əvvəllər bunun yanvarın 9-na planlaşdırıldığını bildirmişdik, lakin SpaceX-in uçuşumuzdan əvvəl planlaşdırdığı buraxılışı daha gec həyata keçirəcəyinə görə, astronavtımızın yola düşmə tarixi 7-8 gün dəyişdirilir. Yəni, hələlik yanvarın 17-dir”.

Fatih Kacir qeyd edib ki, missiya zamanı bir sıra elmi təcrübələrin və müşahidələrin aparılması planlaşdırılır. Onun sözlərinə görə, Ankara ölkənin texnoloji inkişafında yeni mərhələnin başlanğıcı kimi bu uçuşa böyük ümidlər bəsləyir.

Alper Gezeravcı özü də yayıma qoşulub. O, uçuş öncəsi karantində və məşq rejimində olduğunu bildirib. Gezeravcının sözlərinə görə, hər şey plan üzrə və problemsiz gedir, baxmayaraq ki, qarşıdan gələn uçuş və onun ölkə üçün əhəmiyyəti ilə bağlı hələ də müəyyən həyəcan var.

Türk astronavtı Con Kennediadına Kosmik Mərkəzdən Beynəlxalq Kosmik Stansiyaya gedəcək Axiom 3 missiyasına daxildir. Onunla birlikdə orbitə İspaniya, İtaliya və İsveçdən olan həmkarları da uçacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi