Modern.az

Kiyevə hücumda ölən və yaralananların SON STATİSTİKASI

Kiyevə hücumda ölən və yaralananların SON STATİSTİKASI

30 Dekabr 2023, 12:50

Dekabrın 29-da Rusiyanın Ukrayna paytaxtı Kiyevə hücumu nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko məlumat verib.

 

Bildirilib ki, Şevçenko rayonunda daha iki nəfərin cəsədi anbarın dağıntıları altından çıxarılıb.

 

Həmçinin 32 nəfər yaralanıb, onlardan 17-si hazırda xəstəxanalardadır.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi