Modern.az

Ermənistanda hərbi mövcudluğumuz 49 illik nəzərdə tutulub - Qaluzin

Ermənistanda hərbi mövcudluğumuz 49 illik nəzərdə tutulub - Qaluzin

30 Dekabr 2023, 13:28

"Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu müzakirə etmək yersiz və zərərlidir".

 

Modern.az xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA-ya müsahibəsində deyib.

 

O, Rusiyanın Ermənistandakı hərbi bazası mövzusuna toxunaraq xatırladıb ki, onun yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da "hər iki dövlətin milli maraqlarına əsaslanaraq" bağlanıb.

 

“Bu sənədin 26-cı maddəsinə əsasən, hərbi qulluqçularımızın qalma müddəti 49 ildir, bundan sonra müqavilə avtomatik olaraq beş illik müddətə uzadılır”, - diplomat qeyd edib.

 

Qaluzin əlavə edib ki, Rusiya əsgər və zabitləri təkcə Ermənistanda deyil, bütün Cənubi Qafqazda sülh və təhlükəsizliyi effektiv şəkildə təmin etməkdə davam edir.

 

“Biz Ermənistanda hərbi mövcudluğumuzla bağlı hər hansı müzakirələri zərərli və yersiz hesab edirik”, - deyə o, fikrini yekunlaşdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi