Modern.az

Trampın köməkçisi səhvən məhkəməyə saxta sənəd verdiyini etiraf edib

Trampın köməkçisi səhvən məhkəməyə saxta sənəd verdiyini etiraf edib

30 Dekabr 2023, 15:22

ABŞ-ın eks-prezidenti Donald Trampın keçmiş köməkçisi və vəkili Maykl Kohen etiraf edib ki, o, ABŞ-ın keçmiş prezidentinə qarşı cinayət işlərinin birində süni intellektin yaratdığı saxta işləri səhvən məhkəməyə təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

 

Manhetten federal məhkəməsində o, neyron şəbəkəsi tərəfindən yaradılan sitatların uydurma olduğunu dərk etmədiyinə dair and içərək ifadə verib.

 

Qeyd edək ki, Tramp həm Kapitoli binasına hücum, həm də dövlət əhəmiyyətli sənədləri malikanəsində saxladığı üçün məsuliyyətə cəlb edilmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi