Modern.az

Türkiyədə son 53 ilin ən isti noyabr ayı

Türkiyədə son 53 ilin ən isti noyabr ayı

30 Dekabr 2023, 21:59

Bu il Türkiyədə son 53 ilin ən isti noyabr ayı qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki bildirib.

 

Qeyd edilib ki, 2023-cü ilin noyabr ayında Türkiyə üzrə orta temperatur 12,5 dərəcə olaraq ölçülüb. Bu da ayın hava temperaturunun normadan 3,2 dərəcə artdığını göstərir.

 

Nazir noyabrda ən aşağı temperaturun mənfi 15,3 dərəcə olaraq Ərzurumda, ən yüksək temperaturun isə 32,9 dərəcə ilə Salihlidə qeydə alındığını deyib.

 

 

Ətraflı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi