Modern.az

Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı

Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı

31 Dekabr 2023, 16:20

Ukraynada sutka ərzində ikinci dəfə hava hücumu xəbərdarlığı elan edilib.

 

Modern.az xəbər verir ki, Silahlı Qüvvələrin Hərbi Hava Qüvvələri Komandanlığı raketin Kirovoqrad vilayətində şimal-qərbə doğru atıldığı barədə məlumat verib.

 

İlkin olaraq Dnepropetrovsk, Kirovoqrad və Nikolayev vilayətlərində yerli vaxtla saat 13:10-da hava hücumu xəbərdarlığı elan edilib. 15 dəqiqədən sonra - Kiyevdə və digər bölgələrdə də xəbərdarlıq olub.

 

Bazar günü səhər saatlarında Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib və bu, təxminən bir saat davam edib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi