Modern.az

Yaponiyada güclü zəlzələ: sunami təhlükəsi elan edildi

Yaponiyada güclü zəlzələ: sunami təhlükəsi elan edildi

1 Yanvar 2024, 12:27

Yaponiyanın İşikava prefekturasında baş vermiş ardıcıl güclü zəlzələlərdən sonra Baş nazir Fumio Kişidanın ofisi yanında məlumatların toplanması və təhlili üçün fövqəladə qərargah yaradılıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumət başçısı nəticələrin aradan qaldırılması və insanları xilas etmək üçün bütün tədbirlərə göstəriş verib.


“Kyodo” agentliyinin məlumatına görə, hökumətə, xüsusən də silsilə zəlzələlərdən sonra təcili tədbirlərin görülməsini təmin etmək üçün yerli administrasiyalarla işləmək tapşırılıb.


Qeyd edək ki. bu gün səhər Yaponiyanın qərbində bir sıra güclü zəlzələlər baş verib. 5,7 bal gücündə ilk yeraltı təkanların ardınca ikinci – 7,6 ballıq daha güclü zəlzələ baş verib.

Səkkiz dəqiqə sonra 6,1 bal gücündə növbəri zəlzələ baş verib.


Ölkədə sunami təhlükəsi elan edilib. Güclü yeraltı təkanlar Osaka, Kioto və Tokioda da hiss olunub. Sürətli qatarların hərəkəti dayandırılıb. Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi