Modern.az

Rusiyanın bu bölgəsində cinsiyyəti məlum olmayan 6 uşaq doğulub - ŞOK

Rusiyanın bu bölgəsində cinsiyyəti məlum olmayan 6 uşaq doğulub - ŞOK

1 Yanvar 2024, 16:59

2023-cü ildə Rusiyanın Tümen vilayətində cinsiyyətini doğum zamanı müəyyən etmək mümkün olmayan 6 uşaq dünyaya gəlib.

Modern.az saytı xəbər verir ki, bu barədə Tümen vilayətinin Səhiyyə idarəsinin məlumatında bildirilib.

6 yeni doğulan körpənin hamısına cinsi inkişaf pozğunluğu diaqnozu qoyulub.

“Bu, insanın xarici və daxili cinsiyyət orqanının nə qadın, nə də kişi cinsinə uyğun gəldiyi nadir genetik mutasiyadır”, - yerli mətbuat yazıb.

Həkimlər deyib ki, səbəb yumurtalıq vəzilərinin əmələ gəlməsi prosesində iştirak edən genlərin mutasiyasıdır.

Məlumata görə, 2022-ci ildə Tümendə 3 yeni doğulmuş körpəyə müvafiq diaqnoz qoyulub. 2019-2021-də isə ildə ən azı 1 belə uşaq doğulub. 2018-ci ildə belə hallar ümumiyyətlə olmayıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi