Modern.az

Nobel Sülh Mükafatı laureatı həbs edildi

Nobel Sülh Mükafatı laureatı həbs edildi

1 Yanvar 2024, 20:40

Banqladeş məhkəməsi Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusa 6 ay həbs cəzası verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Dhaka Tribune" qəzeti məlumat yayıb.

 

Yunusla yanaşı onun təsis etdiyi “Grameen Telecom” telekommunikasiya şirkətinin rəhbəri Əşrəful Həsən də mühakimə olunub. 

 

Məhəmməd Yunus 2006-cı ildə iqtisadi inkişafla bağlı fəaliyyətinə görə Nobel Sülh Mükafatına layiq görülüb. O, Banqladeşin kəndlərində yoxsullara mikro kredit ayırdığı üçün beynəlxalq səviyyədə tanınıb.

 

2022-ci ildə Banqladeş Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Yunusun xeyriyyə fondları ilə bağlı araşdırmaya başlayıb. O, kəndliləri maliyyə əsarətinə salmaqda ittiham olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi