Modern.az

İsraildən Ərdoğanla bağlı sərt BƏYANAT

İsraildən Ərdoğanla bağlı sərt BƏYANAT

Dünya

2 Yanvar 2024, 09:26

İsrailin Xarici İşlər Nazirliyi bəyan edib ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidenti olduğu müddətdə rəsmi Tel-Əviv Ankaradakı səfir vəzifəsinə diplomat göndərməyəcək.

Modern.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Koen X mikrobloqunda yazıb.

“Nə qədər ki, Ərdoğan Türkiyənin prezidentidir, İsrail səfirinin geri dönəcəyi yer yoxdur”, - o qeyd edib.

Bundan əvvəl Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu Adolf Hitlerlə müqayisə edərək Netanyahu ilə Hitlerin hərəkətləri arasında heç bir fərq olmadığını bildirmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi