Modern.az

Gürcüstanda ZƏLZƏLƏ

Gürcüstanda ZƏLZƏLƏ

Dünya

2 Yanvar 2024, 19:56

Gürcüstanın Raça-Leçxumi-Kvemo Svaneti bölgəsində 4,3 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, zəlzələ Tbilisidən 260 kilometr aralıda qeydə alınıb.

 

Zəlzələnin episentri Amblouri şəhəri yaxınlığındakı Biji kəndi ərazisində 13 kilometr dərinlikdə olub.

 

Yeraltı təkanlar paytaxt Tbilisidə də hiss edilib.

 

Bölgənin qubernatoru Papuna Marqvelidze bildirib ki, zəlzələ nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi