Ötən il Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmanların 49.5 faizinə “məxfidir” qrifi vurulub.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın "Mediazona" nəşri yazıb
Nəşr qanunvericilik aktlarının dərc olunduğu sayta istinadən qeyd edib ki, bu, Rusiyanın tarixində rekord hadisədir. 2023-cü ildə Rusiya prezidentinin imzaladığı fərmanların yarısı məxfi hesab edilib.
Qeyd edək ki, araşdırmaçılar bunu fərman nömrələrinə əsasən hesablayıblar. Belə ki, fərmanlar rəsmi saytda sıra nömrəsi ilə dərc olunur. Məxfi fərmanların nömrələri rəsmi saytda görünmür.
Qeyd edək ki, 2001-ci ildə Çeçenistan müharibəsinin aktiv mərhələsində imzalanan fərmanların 47 faizi, Ukraynada müharibənin birinci ilində isə 45%-i məxfi olub.