Modern.az

Müharibələr insanlıq tarixinin izlərini silir

Müharibələr insanlıq tarixinin izlərini silir

Dünya

3 Yanvar 2024, 10:30

İsrail və Fələstin arasında amansız müharibə gedir. 

 

Modern.az xəbər verir ki, zərər görən tək insanlar deyil, tarixi abidələr də məhv edilir. 

 

Oktyabrın 7-dən indiyədək 200 tarixi abidəyə ziyan dəyib.

 

Qəzzada 9 nəşriyyat və kitabxana, 21 mədəniyyət mərkəzi, 3 incəsənət və istehsalat studiyası, 20 tarixi bina dağıdılıb.

 

İsrail həm azanları, həm də kilsə zənglərini susdurur. Böyük Ömeri Qəzzanın ən qədim məscidi idi. Müqəddəs Porfirius dünyanın ən qədim üçüncü kilsəsiydi. Bu gün həm məscid, həm də kilsə artıq yoxdur.

 

Qeyd edək ki, Suriya və İraqda da eyni aqibət yaşanıb. Suriyada müharibə nəticəsində 300-dən çox əsər məhv edilib.

 

Onlardan 40 minə yaxını talan edilib.

 

Onların arasında YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olanlar da var idi.

 

İŞİD qədim Palmira şəhəri və Səlahəddin qalasını partladıb. Əsəd Hələb şəhərinə də bombalar atıb.

 

Əslində tarixi abidələrin beynəlxalq toxunulmazlığı var. Çünki  insan irsini qorumaq üçün Haaqa Konvensiyası imzalanıb.

 

Artefaktların qırğını o deməkdir ki, tarixi sübut etmək mümkün olmayacaq.

 

Bu, bəşəriyyətin məlum tarixini dəyişdirmək məqsədi daşıyırmı?

 

Müharibə təkcə insanlığı məhv etmir. Keçmişin izlərini də silir.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi