Modern.az

Nazarbayeva dedim ki, sizin adamlarınızın siyasi oyunları... - Tokayevdən ŞOK AÇIQLAMA 

Nazarbayeva dedim ki, sizin adamlarınızın siyasi oyunları... - Tokayevdən ŞOK AÇIQLAMA 

3 Yanvar 2024, 19:44

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2022-ci ilin əvvəli ölkədə baş verən toqquşmalardan və KTMT qüvvələrinin ölkəyə dəvət edilməsindən danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, “Egemen Qazaqstan” qəzetinə müsahibəsində bildirib.

 

O, 200-dən çox şəxsin ölümünə və 4000-dən çoxunun yaralanmasına səbəb olan hadisələrin dövlət çevrilişinə cəhd olduğunu deyib.

 

"Bölgələrdə kütləvi iğtişaşlar başlayanda yerli hakimiyyət orqanları səriştəsizlik göstərdi, Təhlükəsizlik Şurası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmək qərarına gəldi. Qazaxıstan sabitliyi və təhlükəsizliyi təmin etmək üçün öz sülhməramlı qüvvələrinin yalnız qısa müddətə yerləşdirilməsini xahiş edib. Burada aşağıdakı məqamı vurğulamaq lazımdır. Biz bu strukturun üzvü kimi Rusiyaya deyil, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üz tutduq", - o qeyd edib 

 

Prezident vurğulayıb ki, 2022-ci ilin yanvarında Qazaxıstanda kütləvi iğtişaşların baş verməsi üçün ilkin şərtlərdən biri prezident Nursultan Nazarbayevin rəsmi istefasından sonra ölkədə ikili hakimiyyət modelini tətbiq etmək cəhdləri olub:

 

“Nazarbayevə açıq şəkildə dedim ki, onun yaxın adamlarının siyasi oyunları ölkəni az qala məhv edib. Nə olursa olsun, mən hesab edirəm ki, dövlətdə böyük-kiçik prezident olmamalıdır. Gedirsensə, get! Gələcəkdə ölkə vətəndaşları bu vəziyyətdən dərs götürməli, belə şeylərdən uzaq durmalı və yalnız dövlətin maraqları və cəmiyyətin birliyi haqqında düşünməlidirlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi