Modern.az

Ərdoğan İran Prezidentinə zəng etdi 

Ərdoğan İran Prezidentinə zəng etdi 

3 Yanvar 2024, 22:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb. 

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

Ərdoğan Kirmanda törədilən terror aktına görə Rəisiyə başsağlığı verib.

 

O, dinc əhalini hədəf alan terror aktını qınayıb, Türkiyənin terrorla mübarizədə İranın yanında olduğunu bildirib, itkilərinə görə İran xalqına səbir diləyib.

 

İbrahim Rəisinin Türkiyəyə səfərinin sonrakı tarixə təxirə salındığı bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi