Modern.az

Almaniyadan Ukraynaya növbəti YARDIM

Almaniyadan Ukraynaya növbəti YARDIM

Dünya

5 Yanvar 2024, 09:32

Berlin Kiyevə 10 “Marder” zirehli texnikası, “Leopard 2” tankları üçün döyüş sursatı, “Biber” körpüsü üçün maşın və yük maşınları göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Almaniyadan gələn yeni yardım paketinə qış geyimləri, MK 556 hücum tüfəngləri və 115 mm-lik döyüş sursatları daxildir. Noyabr ayında elan edilmiş dörd IRIS-T SLM hava hücumundan müdafiə sistemi və SKYNEX sisteminin təhvili də davam edir.

 

2023-cü il üçün Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsinə yönəlmiş Almaniyadan Ukraynaya yardımın həcmi təqribən 5,4 milyard avro təşkil edib. 2022-ci ildə bu məqsədlər üçün 2 milyard avro ayrılıb. 2023-cü ilin noyabrında Almaniya hökuməti yardımın həcmini 2024-cü ildə 4 milyard avrodan 8 milyard avroya yüksəltmək niyyətində olduqlarını açıqlayıb. Lakin hakimiyyət fiskal problemlərə görə hələ büdcəni razılaşdırmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi