Modern.az

Ərdoğanla Zelenski arasında telefon danışığı - Nələr müzakirə edildi?

Ərdoğanla Zelenski arasında telefon danışığı - Nələr müzakirə edildi?

5 Yanvar 2024, 22:14

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin mətbuat xidməti yayıb.

 

Telefon danışığı zamanı regional və qlobal problemlər, eləcə də Ukrayna-Rusiya müharibəsi müzakirə edilib.

 

Ərdoğan görüş zamanı bildirib ki, Türkiyə həm Ukraynada, həm də Fələstin torpaqlarında axan qanların dayandırılması və davamlı sülhün təmin edilməsi üçün səylər göstərir.

 

O qeyd edib ki, Türkiyə Ukraynada sülhün təmin olunması üçün vasitəçi rolunu üzərinə götürməyə və sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır.

 

Ərdoğan taxıl dəhlizinin yenidən fəaliyyətə başlamasının vacib olduğunu və bu məqsədlə diplomatik təmasları davam etdirdiyini vurğulayıb. O, Ukraynada ən qısa zamanda atəşkəsin bərqərar olunmasının lazım olduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi