Şimali Koreya lideri Kim Çen İn Yaponiyanın baş naziri Fumio Kişidaya başsağlığı verib.
Modern.az xəbər verir ki, o, baş nazirə teleqram göndərib.
“İlin əvvəlində, təəssüf ki, Yaponiyada çoxsaylı insan tələfatı və ciddi maddi tələfatla nəticələnən zəlzələnin baş verməsi xəbərini aldıqdan sonra Sizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm”, - teleqramda deyilir.
Kim Çen In zərər çəkmiş ərazinin sakinlərinə nəticələrinin tezliklə aradan qaldırılmasını və sabit həyatın bərpasını arzulayıb.
Qeyd edək ki, Yaponiya və KXDR arasında münasibətlər gərgindir.
Yanvarın 1-dən bəri Yaponiyada yüzlərlə zəlzələ baş verib. Onlardan ən güclülərinin maqnitudası 7,6 olub.