Modern.az

Rusiyada vulkan PÜSKÜRDÜ

Rusiyada vulkan PÜSKÜRDÜ

Dünya

6 Yanvar 2024, 09:32

Rusiyadakı Ebeko vulkanı püskürüb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.

 

Vulkan 2 km hündürlüyə kül atıb. Şleyf vulkandan 5 km cənub-şərqə qədər uzanıb. Nəticədə Severo-Kurilsk küllə örtülüb. Vulkanologiya və Seysmologiya İnstitutu narıncı aviasiya rəng kodunu açıqlayıb. Vulkanik fəaliyyət yerli hava nəqliyyatı üçün təhlükə yaradır.

 

Ebeko vulkanı Vernadski silsiləsinin şimal hissəsində, Severo-Kurilskdən 7 km məsafədə yerləşir. Onun hündürlüyü 1156 m-dir. 2016-cı ildən müntəzəm emissiyalar davam edir. Rekord göstərici 2018-ci ildə tüstü sütununun 6 km hündürlüyə qalxması ilə qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi