Modern.az

Tanınmış jurnalistin ölkədən çıxışına qadağa qoyuldu

Tanınmış jurnalistin ölkədən çıxışına qadağa qoyuldu

Dünya

6 Yanvar 2024, 11:14

Türkiyənin İstanbul Prokurorluğu tanınmış jurnalist Fatih Altaylını ifadə verməyə çağırıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkələrdəki bəzi paylaşımlarına görə Altaylı ifadə verib.

 

Ondan “cinayəti və cinayətkarı tərifləmək” və “ictimaiyyətin bir hissəsini açıq şəkildə kin və düşmənçiliyə sövq etmək və alçaltmaq” ittihamları ilə ifadə alınıb.

 

Təxminən 1 saatlıq ifadədən sonra Fatih Altaylının ölkədən çıxışına qadağa qoyularaq sərbəst buraxılıb.

 

Altaylı həmçinin ədliyyə nəzarətinə verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi