Modern.az

Moskvada böyük anbar YANIB

Moskvada böyük anbar YANIB

Dünya

6 Yanvar 2024, 11:31

Rusiyanın Moskva vilayətinin Serkovo kəndində 1600 kvadratmetr sahədə karton anbarında yanğın baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Yanğın lokallaşdırılıb. İlkin məlumata görə, xəsarət alan olmayıb.

 

Daha əvvəl idarə yanğının 1260 kvadratmetr ərazini əhatə etdiyini bildirmişdi. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğının söndürülməsinə 40 nəfərlik şəxsi heyət və 14 texnika cəlb olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi