Modern.az

ABŞ-ın təyyarədaşıyan gəmisi Aralıq dənizini tərk edib

ABŞ-ın təyyarədaşıyan gəmisi Aralıq dənizini tərk edib

Dünya

6 Yanvar 2024, 14:24

ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi "USS Gerald R. Ford" 12-ci Daşıyıcı Hücum Qrupunun şəxsi heyəti ilə Cəbəllütariq boğazından keçib və Aralıq dənizini tərk edib.

 

Modern.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı Donanmasının mətbuat xidməti bu barədə məlumat verib.

 

Təyyarədaşıyan gəmi 2023-cü ilin iyun ayından Aralıq dənizindədir. Gəminin Aralıq dənizində qalma müddəti Yaxın Şərqdəki vəziyyətlə əlaqədar 3 dəfə uzadılıb.

 

Gəmi Şərqi Aralıq dənizi regionunda da xidmət göstərib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi