Modern.az

Hökumət Polşa-Ukrayna sərhədini bağlayan fermerlərlə ANLAŞACAQ

Hökumət Polşa-Ukrayna sərhədini bağlayan fermerlərlə ANLAŞACAQ

Dünya

6 Yanvar 2024, 14:44

Polşanın kənd təsərrüfatı naziri Çeslav Seykerski tətil edən fermerlərlə müqavilə imzalamağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, “Rzeczpospolita” qəzetinin mənbələrinə görə, Polşa hökuməti hələlik yekun qərar qəbul etməyib.

 

Sənəd sayəsində tətilçilər daha Polşa-Ukrayna sərhədindən keçidə mane olmayacaqlar. Müqavilənin Rzeşov şəhərində imzalanması planlaşdırılır.  Qəzetin yazdığına görə, Çeslav Seykerski tətil edən fermerlərin üç tələbi ilə razılaşıb.

 

Bunlar qarğıdalı yetişdirmək üçün subsidiya vermək, vergi dərəcəsini 21%-ə qaldırmamaq və kənd təsərrüfatı üçün güzəştli kreditlər buraxmaqdır. Nazir həmçinin Polşada Ukrayna məhsullarına qoyulan embarqonun qeyri-müəyyən müddətə qüvvədə qalacağını təsdiqləyib. O vurğulayıb ki, Ukraynaya kömək etmək lazımdır, lakin Polşanın kənd təsərrüfatı istehsalına zərər vermək olmaz.

 

Tətil edən fermerlər 2023-cü il noyabrın 16-dan dekabrın 23-dək Polşa və Ukrayna sərhədindəki keçid məntəqələrini bağlayıblar. Yanvar ayında fermerlər tətillərini bərpa ediblər. İnsanların narazılığına təkcə vergilərin artırılması və sosial yardımların kəsilməsi deyil, həm də Avropa Komissiyasının sentyabrın 15-də Ukrayna taxılına qoyulan embarqonu ləğv etmək qərarı səbəb olub. Varşavanın Ukrayna taxılına tətbiq edilən embarqonu uzatmaq qərarından sonra Kiyev Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi