Modern.az

Danimarka F-16-ların Ukraynaya təhvilini təxirə salıb

Danimarka F-16-ların Ukraynaya təhvilini təxirə salıb

Dünya

6 Yanvar 2024, 16:36

Danimarka ilk 6 F-16 qırıcısının Ukraynaya çatdırılmasını bu ilin ikinci rübünə təxirə salıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Berlingske” qəzeti ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

 

Bundan əvvəl Danimarkanın baş naziri Mette Frederiksen ilk F-16-ların yeni il ərəfəsində Ukraynaya veriləcəyini bildirmişdi. Qəzetin yazdığına görə, altı ukraynalı pilot artıq Danimarkanın Skraydstrup aviabazasında F-16 təyyarələri ilə təlim keçir. Onların yazın əvvəlindən döyüş əməliyyatlarında iştirak etməyə hazır olacağı deyilir.

 

Danimarka 2023-cü ilin avqustunda Ukraynaya 19 F-16 qırıcısı göndərəcəyini vəd etmişdi. Birləşmiş Ştatlar Danimarka və Niderland tərəfindən öz təyyarələrinin Kiyevə təhvil verilməsinə icazə verib. Bu iki ölkə həm də ukraynalı pilotları hazırlayır. Həmçinin Norveç də Ukraynaya qırıcılar vermək niyyətindədir. Belçika isə 2025-ci ilə qədər F-16-ları Ukraynaya göndərməyi planlaşdırır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi