Modern.az

Xruşşovun nəvəsi ölüb

Xruşşovun nəvəsi ölüb

Dünya

6 Yanvar 2024, 17:16

Sovet İKP MK-nın baş katibi olmuş Nikita Xruşşovun nəvəsi Aleksey Adjubey 70 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS həkimlərə istinadən məlumat yayıb.

 

O, Moskvada, Tverskaya küçəsindəki mənzilində dünyasını dəyişib. Ölüm təbii səbəblərdən baş verib.

 

Qeyd olunub ki, Aleksey Adjubey zənglərə cavab vermədiyi üçün yaxınları onun yanına gəliblər. Adjubeyin mənzilinin qapısı açılıb və yaxınları mənzilə girəndə onun öldüyünü görüblər.

 

Aleksey Adjubey 1954-cü ildə anadan olub. O, Nikita Xruşşovun qızı Rada və jurnalist Aleksey Adjubeyin oğludur. Aleksey Adjubey "İzvestiya" və "Komsomolskaya Pravda"nın baş redaktoru, eyni zamanda SSRİ Ali Sovetinin deputatı olub.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi