Modern.az

İsrail Hizbullah mövqelərinə zərbələr endirdi

İsrail Hizbullah mövqelərinə zərbələr endirdi

Dünya

6 Yanvar 2024, 23:16

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubundakı Hizbullah bazalarına hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Əl-Mayadeen" telekanalı məlumat yayıb.

 

Əməliyyat Səidə və Nəbatiya şəhərləri arasındakı Kautariya əs-Sayyad və əl-Şərqiyyə bölgələrində həyata keçirilib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Hizbullah İsrailin Meron hərbi bazasına müxtəlif tipli 62 raketlə hücum etdiyini açıqlayıb. Zərbələrin HƏMAS hərəkatının Siyasi Büro rəhbərinin müavini Saleh əl-Arurinin qətlinə cavab olaraq endirildiyi bildirilib.

 

Yanvarın 2-də İsrailə məxsus pilotsuz təyyarə Beyrutun cənubunda yerləşən HƏMAS-ın ofisinə zərbə endirib. Nəticədə Saleh əl-Aruri də daxil olmaqla 4 nəfər ölüb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi