Modern.az

Netanyahu Qəzzadakı müharibəni dayandırmağın şərtlərini AÇIQLADI

Netanyahu Qəzzadakı müharibəni dayandırmağın şərtlərini AÇIQLADI

7 Yanvar 2024, 08:56

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağında Fələstinin Həmas hərəkatı tamamilə aradan qaldırılmayanadək rəsmi Tel-Əviv hərbi əməliyyatları dayandırmayacaq.

Modern.az-ın məlumatına görə, Netanyahu qısa televiziya mesajında ​​onu da deyib ki, Qəzza zolağında hərbi əməliyyatların dayandırılması üçün İsrailin digər məqsədlərinə çatması da lazımdır.
 

“Mənim rəhbərlik etdiyim hökumət İsrail ordusuna HƏMAS-ı məhv etmək, girovlarımızı geri qaytarmaq və Qəzzanın İsrail üçün daha təhlükəli olmaması üçün müharibəyə başlamağı əmr edib. Biz bütün bu məqsədlərə çatana qədər müharibə dayandırıla bilməz”.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi