KXDR silahlı qüvvələri ölkənin qərb sahillərində yenidən artilleriya təlimləri keçirir.
Modern.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Bildirilib ki, hazırda Sarı dənizdə yerləşən Yonqpyonq adasının şimalında artilleriya atəşi açılmaqdadır.
Qeyd edək ki, bundan əvvəl də KXDR tərəfindən oxşar addım atılmış və Cənubi Koreya cavab təlimləri keçirmişdi.