Modern.az

\"Bayden ölkəni məhv edəcək\" - Tramp belə düşünür...

\

7 Yanvar 2024, 12:56

"Bayden 2024-cü ilin payızında keçiriləcək prezident seçkiləri öncəsi ölkəni məhv edəcək".

 

Modern.az "The Hill"ə istinadən xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp Ayova ştatında keçirilən mitinq zamanı iddia edib.

 

“Bayden ölkəyə çoxlu zərər gətirdi. Qalan 10 ayda nə edə biləcəyini bilirsiniz. Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər”, - Donald Tramp deyib.

 

ABŞ-ın keçmiş prezidenti səlahiyyət müddətində siyasi qərarlarında yumşaq olmadığını vurğulayıb: “Ağıllısansa, Çini idarə edə bilərsən, Rusiyanı da idarə edə bilərsən”.

 

O, həmçinin Ukrayna və Yaxın Şərqdə münaqişələrə yol verməyəcəyini və Koreya yarımadasındakı vəziyyəti nəzarətdə saxlaya biləcəyini təkrarlayıb. Tramp iddia edib ki, Co Baydendən fərqli olaraq o, dünya liderləri ilə necə anlaşacağını bilir.

 

ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi