Modern.az

Almaniya bazaları naməlum PUA uçuşlarına məruz qalıb

Almaniya bazaları naməlum PUA uçuşlarına məruz qalıb

7 Yanvar 2024, 13:54

Naməlum PUA-lar 2022-ci ildən Almaniya silahlı qüvvələrinin bazaları üzərində müntəzəm uçuşlar həyata keçirir.

 

Modern.az "Bild"ə istinadən xəbər verir ki, xüsusən də Ukrayna hərbi poliqonları üzərində PUA-lar peyda olur.

 

Nəşrin məlumatına görə, hələ 2022-ci ilin oktyabrında Bundesverin ərazi komandanlığının ozamankı rəhbəri Karsten Breuer bazalar üzərində naməlum PUA-ların peyda olması hallarının artması ilə əlaqədar olaraq hərbi polisə pilotsuz uçan aparatların qarşısının alınması üzrə təlim keçməyi əmr edib.

 

Bununla belə, görülən tədbirlər problemi həll etməyib. Belə ki, hərbçilər hələlik bir dənə də olsun pilotsuz uçan aparatı vurmağa nail olmayıblar. Bundesver PUA-nın buraxılmasının arxasında Rusiyanın dayandığına əmindir.

 

Almaniyanın Azad Demokrat Partiyasının üzvü Markus Faber bildirib ki, Klitzdəki hərbi poliqonda mütəmadi olaraq pilotsuz uçuş aparatları müşahidə olunur. Burada ukraynalılar "Leopard 1" tanklarını idarə etmək üçün təlim keçirlər. Onun fikrincə, bu, mütləq Rusiyanı göstərir.

 

15 noyabr 2023-cü ildə Bundesver pilotsuz təyyarələrə qarşı xüsusi qrup yaradıb. Ona briqada generalı Volfqanq Jordan rəhbərlik edib.

 

2023-cü ilin aprelində “Tagesspiegel” mənbələrə istinadən yazmışdı ki, Bundesver pilotsuz uçuş aparatlardan müdafiə üçün əlavə avadanlıq almaq niyyətindədir. Qəzetin yazdığına görə, buna naməlum dronların Almaniya kazarmaları üzərində, o cümlədən Ukrayna qoşunlarının NATO silahlarından istifadə etmək üçün təlim keçdiyi yerlərdə uçması hallarının artması səbəb olub.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi