Modern.az

Fransanın sabiq baş naziri Ermənistan fondundakı vəzifəsindən gedib

Fransanın sabiq baş naziri Ermənistan fondundakı vəzifəsindən gedib

7 Yanvar 2024, 17:14

Fransanın keçmiş baş naziri Dominik de Vilpen Ermənistan Xarici İnvestisiya Fondunun (ANIF) Direktorlar Şurasının sədri vəzifəsindən gedib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan onu keçmiş müavini Ani İspiryanla əvəzləyib. İdarə Heyətinin üzvü, italiyalı maliyyə məsləhətçisi İsidoro Lusiola və fondun investisiya komitəsinin rəhbəri, investor Xalid Elioui istefa verib. 

 

Fondun direktoru David Papazyanın da səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi