Modern.az

Kuleba yapon həmkarı ilə nələri müzakirə edib?

Kuleba yapon həmkarı ilə nələri müzakirə edib?

Dünya

7 Yanvar 2024, 17:50

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və Yaponiyanın Kiyevdə səfərdə olan xarici işlər naziri Yoko Kamikava ölkənin bərpasına dair konfransı müzakirə ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə RBC-Ukrayna nazirlərin brifinqində məlumat əldə edib.

 

Konfrans fevral ayında Tokioda keçiriləcək.

 

"Bu gün biz fevralın 19-da Tokioda keçiriləcək Ukraynanın bərpası üzrə konfransa hazırlıqla bağlı addımları razılaşdırdıq. Biz çalışırıq ki, konfrans nəticəsində Yaponiya şirkətləri Ukraynanın bərpasında mühüm iştirakçıya çevrilsinlər”, - deyə ukraynalı nazir bildirib.

 

Yapon nazir qeyd edib ki, onlar konfransda Ukraynada yeniləşmə və yenidənqurma işlərinə dəstək üçün konkret ehtiyacları eşitmək istəyirlər.

 

Nazirlər həm də Ukraynadakı nüvə obyektlərinin təhlükəsizliyini təmin etmək üçün AEBA çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi