Modern.az

Paşinyanın aşkarladığı pozuntular araşdırılır

Paşinyanın aşkarladığı pozuntular araşdırılır

8 Yanvar 2024, 10:12

"Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsi regionlarda baş nazir Nikol Paşinyanın səfəri aşkar etdiyi qanun pozuntularını yoxlayır".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Qriqor Minasyan mətbuat konfransında bildirib.

 

O deyib ki, əsas diqqət tenderlərin düzgünlüyünə və obyektlərin təhvil və qəbuluna yönəlib. İşdən çıxarılanlar olub, bəzi məmurlara qarşı sanksiyalar tətbiq edilib.

 

"Əvvəllər nə isə gizlədilirdi, ictimai olmayan proseslər keçirilirdisə, indi hər şey açıqdır. Bu, bütün idarə rəhbərlərinə necə işləməklə bağlı mesajdır", - nazir əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi