Modern.az

Avropada vahid hərbi sənaye yaradılsın! - Zelenskinin təklifi

Avropada vahid hərbi sənaye yaradılsın! - Zelenskinin təklifi

8 Yanvar 2024, 11:56

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Avropa vahid silah sənayesi yaratmalıdır.

 

Modern.az RBC-Ukraynaya istinadən xəbər verir ki, onun fikrincə, yalnız bu, Avropanı Rusiyadan hərbi cəhətdən müdafiə edə bilər.

 

Zelenski həmçinin bildirib ki, Rusiya Avropanın əhəmiyyətli hissəsinə qarşı hibrid müharibə aparır: “Ancaq Rusiya təcavüzünə qalib gəlmək olar. Lakin onlara aqressiyanın yaxşılığa apara bilməyəcəyi dərsi vermək üçün həmrəylik lazımdır”.

 

O, çıxışı zamanı əlavə edib ki, Ukrayna öz təhlükəsizliyini və tərəfdaşlarının təhlükəsizliyini təmin etmək üçün dünyanın ən yaxşı silahlarını əldə etməyə çalışır: “Ukrayna Avropanın ən mühüm təhlükəsizlik donorlarından biri olub və həmişə də olacaq”.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi