Modern.az

Ermənistanda sabiq nazir məhkəməyə əlil arabasında gətirildi

Ermənistanda sabiq nazir məhkəməyə əlil arabasında gətirildi

8 Yanvar 2024, 12:14

Ermənistan sabiq maliyyə naziri Qaqik Xaçatryan əlil arabasında məhkəmə binasına gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Onun həbsi ilə bağlı vəsatət daha əvvəl məhkəmə tərəfindən rədd edilmişdi, lakin müdafiə tərəfi əməliyyat keçirmək məqsədilə Almaniyaya getmək üçün icazə ala bilməyib. Yeni iclas da məhz bu məsələyə həsr olunub.

 

Məmur əmlakı mənimsəməkdə, qanunsuz gəlirlərin yuyulmasında iştirakda ittiham olunur.

 

Qeyd edək ki, o, eks-prezident Serj Sarkisyan dönəmində (2014-2016-cı illərdə) maliyyə naziri olub.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi