Modern.az

Hizbullahın daha bir komandiri ÖLDÜRÜLDÜ

Hizbullahın daha bir komandiri ÖLDÜRÜLDÜ

8 Yanvar 2024, 16:14

İsrail ordusu Livanda Hizbullahın yüksək rütbəli komandirini öldürüb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Açıqlamada öldürülən şəxsin adı açıqlanmayıb.

 

"Reuters" agentliyi zərbələrin detalları barədə mənbələrdən məlumat əldə edib. Bildirilir ki, Livanın cənubuna endirilən zərbələr nəticəsində Hizbullahın elit hesab edilən Radvan qüvvələrinin tərkibindəki bölmənin rəis müavini Vissam aəl-Tavil ölüb.

 

Məlumata görə, əl-Tavil və başqa bir Hizbullah döyüşçüsü Livanın Məcdəl Selm kəndinə endirilən zərbələr zamanı ölüb. Məlumata görə, onların avtomobilinə raket dəyib.

 

Qeyd edək ki, HƏMAS və İsrail arasında döyüşlərin başladığı oktyabrın 7-dən bu yana Hizbullah da toqquşmalara daxil olub. Son 3 ayda Livanda Hizbullahın 130-dan çox döyüşçüsü öldürülüb.

 

Hizbullahın rəhbəri Seyid Həsən Nəsrullah ötən həftə İsrailə Livana qarşı müharibəyə başlamamaq barədə xəbərlər edib. ""Kim bizimlə müharibəni düşünsə, peşman olacaq", - o deyib. İsrail Baş naziri Benyamin Netanyahu da daha əvvəl Hizbullaha xəbərdarlıq etmişdi.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi