Modern.az

ÜST Qəzzaya dərman tədarükünü dayandırdı

ÜST Qəzzaya dərman tədarükünü dayandırdı

8 Yanvar 2024, 16:26

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təhlükəsizlik təminatı ala bilmədiyinə görə, Qəzza zolağının şimalına dərman vasitələrinin tədarükünü dayandırıb.

 

Modern.az xəbər verir ki, ÜST-ün Fələstin ofisinin müvafiq açıqlaması xarici KİV-də məlumat yayılıb.

 

"Ağır bombardmanlar, hərəkət məhdudiyyətləri və rabitənin pozulması xüsusən, Qəzza zolağının şimalında, dərman və tibbi ləvazimatların mütəmadi və təhlükəsiz qaydada çatdırılmasını demək olar ki, mümkünsüz edib", - açıqlamada deyilir.

 

Bildirilib ki, bazar gününə planlaşdırılan, lakin ləğv olunan dərman tədarükü Qəzza zolağında beş xəstəxananın fəaliyyətini dəstəkləmək üçün nəzərdə tutulub.

 

Qeyd edək ki, BMT-nin məlumatına əsasən, hazırda Qəzza zolağında 36 xəstəxanadan yalnız 13-ü fəaliyyət göstərir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi