Modern.az

Stalinin fotosu müzakirələrə səbəb oldu 

Stalinin fotosu müzakirələrə səbəb oldu 

8 Yanvar 2024, 23:31

Yanvarın 7-də Milad bayramında Gürcüstanın əsas məbədindəki ikonalardan birində İosif Stalinin şəkli nümayiş etdirilib.

 

Modern.az xəbər verir, İosif Stalinin fotosunun ikonanın üzərində görünməsi ölkədə ciddi müzakirələrə səbəb olub.

 

Yanvarın 8-də kilsə məsələyə aydınlıq gətirib. Bildirilib ki, Stalinin fotosu "Moskvanın Müqəddəs Matrona" ikonasında görünüb.

 

İkona bir neçə ay əvvəl kafedralda yerləşdirilib. Bu ikona Gürcüstanın Rusiyayönlü "Vətənpərvərlər Alyansı" partiyasının liderləri İrma İnaşvili və David Tarxan-Mouravi tərəfindən Sameba məbədinə hədiyyə edilib. Fotonun görünməsində heç bir siyasi məqsəd olmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi