“Telegram” Rusiyada auditoriyaya görə “VKontakte”ni demək olar ki, geridə qoyub.
Modern.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Məlumata görə, Rusiyada bu messencerin auditoriyası 2 il ərzində 30 milyondan çox artaraq 2023-cü ilin oktyabrına 82,3 milyon nəfər təşkil edib. "VKontakte"nin auditoriyası isə 89,2 milyon istifadəçi kimi hesablanıb. Populyarlığa görə üçüncü yerdə 67,6 milyon nəfərlik auditoriya ilə "TikTok", dördüncü yerdə 50,1 milyon nəfərlə "Odnoklassniki" qərarlaşıb.
Dekabrda "Telegram"ın yaradıcısı Pavel Durov bildirmişdi ki, premium (ödənişli) abunə istifadəçilərinin sayı il ərzində 4 dəfə artıb.